"Məndə məlumat yoxdur"

5 İyun 2020 10:38 Digər növlər 379
"Məndə məlumat yoxdur"

"Formula 1" yarışının keçirilməsi ilə bağlı məndə məlumat yoxdur".

Sportinfo.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, növbəti brifinqlərdə hər hansı informasiya olarsa, açıqlanacaq: "Siz Operativ Qərargaha müraciət edərək məlumat ala bilərsiniz. Amma bildiyiniz kimi, hazırda kütləvi tədbirlərə icazə verilmir".

"Formula 1"də 2020 mövsümü koronavirus pandemiyası səbəbindən hələ başlamayıb. Daha əvvəl "Formula 1" rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb,

Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi. Pandemiyaya görə təxirə salınan Azərbaycan Qran-prisinin təşkili sual altındadır.

Digər Xəbərlər
Xəbər Lenti