“Mançester Siti”, “Milan” və “Real"ın ulduzları Bakı Qran-Prisində

4 İyun 2020 23:20 Digər növlər 794
“Mançester Siti”, “Milan” və “Real"ın ulduzları Bakı Qran-Prisində

İyunun 7-də Bakı şəhər halqasında virtual Formula 1 Azərbaycan Qran-Prisi keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Serxio Peres və Pyer Qaslinin virtual dünya çempionatında debütü məhz Azərbaycan Qran-Prisinə təsadüf edəcək.

Onlarla yanaşı, yürüşdə Aleks Albon, Antonio Covinatsi, Nikolas Latifi, Şarl Lekler və Lando Norris güclərini sınayacaqlar. Həmçinin Dakar rallisinin sabiq çempionu Mattias Valkner da iştirakçılar arasında yer alacaq.

Qran-Pridə “Mançester Siti”nin müdafiəçisi Emerik Laporte, “Milan”ın qapıçısı Canluici Donnarumma, “Real"ın qapıçısı Tibo Kurtua da birincilik uğrunda yarışacaq.

Yarış Formula 1-in “YuTub”, “Tvitç”, “Feysbuk”, həmçinin tərəfdaş telekanallar vasitəsilə yayımlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı