"Komandalar bütün səlahiyyətləri rəhbərliyə verib"

1 Aprel 2020 12:44 Digər növlər 431
"Komandalar bütün səlahiyyətləri rəhbərliyə verib"

“Formula-1” komandaları belə ağır vəziyyəti nəzərə alaraq, təqvimin qurulması ilə bağlı bütün səlahiyyətləri seriya rəhbərliyinə verib”.

Sportinfo.az xəbər verir ki, bunu “Formula-1” üzrə “Ferrari” komandasının rəhbəri Mattia Binotto deyib.

O bildirib ki, iştirakçılar və təşkilatçılar koronavirus pandemiyası üzündən 8 mərhələsi baş tutmayan cari mövsümü xilas etmək üçün müxtəlif variantları nəzərdən keçirir:

“Qran-Priləri üç gündən ikiyə endirmək variantı var. Belə olan halda cümə məşqləri ləğv ediləcək. Hamı yanvarda havanın imkan verdiyi yerlərdə yarışların keçirilməsi ilə razıdır. Niyə 2-3 mərhələni yanvarda keçirməyək ki?

Mövsümü daha dolğun etmək üçün hər şeyi dəstəkləyirik. Çox ideyalar var. Daha sıx qrafik, qışda Qran-Prilər və daha nələr. Bunların hamısı mövsümü xilas etmək üçündür”.

2 mərhələ - Avstraliya və Monako Qran-Priləri ləğv olunub. Daha 6 mərhələ - Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya, Monako və Bakıda keçirilməli olan Azərbaycan Qran-Priləri qeyri-müəyyən müddətə təxirə salınıb. Bu 6 yarışdan bəziləri, o cümlədən Bakı yanvarda mərhələ qəbul etmək üçün münasib sayılır.

Digər Xəbərlər
Xəbər Lenti