Azərbaycan idmançısının iştirak edəcəyi AÇ təxirə salındı

21 Mart 2020 15:18 Digər növlər 517
Azərbaycan idmançısının iştirak edəcəyi AÇ təxirə salındı

Azərbaycan badmintonçusu Edi Reski Dviçayonun Ukraynanın paytaxtı Kiyevdəki Avropa çempionatında iştirakı baş tutmayıb.

Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, səbəb koronavirusa görə yarışın qeyri-müəyyən vaxta təxirə salınmasıdır.

Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən Avropa çempionatı 21 - 26 aprelə nəzərdə tutulmuşdu. Turnirin bu il ərzində keçirilməsi planlaşdırılır.

Beynəlxalq Badminton Federasiyası Danimarkadakı komandalararası dünya çempionatını və bir neçə turniri təxirə salıb.

Digər Xəbərlər
Xəbər Lenti