Bəd xəbər: Dedilər, gəlməyin!

7 Mart 2020 13:26 Digər növlər 709
Bəd xəbər: Dedilər, gəlməyin!

İtaliyanın Milan şəhərində 17 apreldə parataekvondo və 18-19 apreldə taekvondo üzrə keçiriləcək Avropa Təsnifat Turniri təxirə salına və ya ləğv oluna bilər.

Sportinfo.az xəbər verir ki, koronavirus infeksiyasının Avropada ən çox qeydə alındığı ölkə olan İtaliyada bütün daxili yarışlar ya dayandırılıb, ya da azarkeşsiz keçirilməyə başlanılıb.

İtaliya Taekvondo Federasiyasının prezidenti Ancelo Sito da yaydığı rəsmi açıqlamada Olimpiadaya lisenziya verən bu yarışın sağlamlıq baxımından keçirilməməsini bildirib. O qeyd edib ki, bu yarışı İtaliyada keçirməyəcəklər.

Dünya Taekvondo Federasiyası isə bu vacib yarışın taleyi ilə bağlı qərarını bu gün açıqlayacağını bildirib. Hər iki yarışda Azərbaycanın idmançılarının Tokio Olimpiadasına vəsiqə qazanmaq üçün iştirak etməsi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti