Polşa millisinin “AGF Junior Trophy” üçün heyəti açıqlandı

7 Mart 2020 11:20 Digər növlər 426
Polşa millisinin “AGF Junior Trophy” üçün heyəti açıqlandı

Martın 7-8-də Azərbaycan Gimnastika Federasiyası (AGF) ilk dəfə kişi idman gimnastikası üzrə birinci “AGF Junior Trophy” adlı beynəlxalq turnir təşkil edəcək.

Sportinfo.az AGF-yə istinadla xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq turnirdə 7 ölkədən gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

Polşa millisi turnirdə 5 idmançı ilə çıxış edəcək. Polşanı turnirdə Radoslav Şimçik, Şimon Xrusçel, Kasper Vierzba, Kristian Kuzdra və Boris Bracki təmsil edəcəklər.

Bu yarış mayın 27-31-də Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayacaq.

Digər Xəbərlər
Xəbər Lenti