Azərbaycan təmsilçiləri beynəlxalq festivalda “sülh”ə razılaşdı

25 Yanvar 2020 14:54 Digər növlər 402
Azərbaycan təmsilçiləri beynəlxalq festivalda “sülh”ə razılaşdı

Cəbəllütariqdə keçirilən beynəlxalq şahmat festivalının “Masters” turnirinin dördüncü turunun oyunlarını Azərbaycan təmsilçiləri heç-heçə ilə başa vurublar.

Sportinfo.az xəbər verir ki, Şəhriyar Məmmədyarov argentinalı Leandro Krysa, Vasif Durarbəyli italiyalı Pier Luigi Basso ilə “sülh”ə razılaşıblar.

Dörd turdan sonra V.Durarbəyli 3,5 xalla dördüncü, Ş.Məmmədyarov 3 xalla 12-ci pillədədirlər. “Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı qatılıb. Onlardan 116-sı qrossmeysterdir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!