Avropa çempionatında Azərbaycana əlavə yer verildi

24 Yanvar 2020 17:58 Digər növlər 531
Avropa çempionatında Azərbaycana əlavə yer verildi

Azərbaycan 2021-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatında kişilərin fərdi yarışında 2 fiqurlu konkisürənlə təmsil olunacaq.

Sportinfo.az xəbər verir ki, bu, hazırda Avstriyanın Qrats şəhərində davam edən analoji yarışda ölkə idmançısı Vladimir Litvintsevin çıxışı sayəsində mümkün olub.

Litvintsev kişilərin sərbəst proqramında 8-ci, qısa proqramda da 17-ci olub. İki çıxışın cəmində 221,09 xal toplayan 19 yaşlı idmançı çempionatı 9-cu yerdə başa vurub. Azərbaycana əlavə yer onun ilk "10-luğ"a düşməsi sayəsində verilib.

Avropa çempionu adına rusiyalı Dmitri Əliyev layiq görülüb. O, 272,89 xal toplayaraq, bütün rəqiblərini qabaqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"