"Mənim də qazanmaq şansım var" - Favoritlərin adlarını dedi

23 Yanvar 2020 21:30 Digər növlər 1 127
"Mənim də qazanmaq şansım var" - Favoritlərin adlarını dedi

“Hər kəsin uğur qazanma şansı var. O cümlədən mənim”.

Sportinfo.az xəbər verir ki, bu sözləri azərbaycanlı qrossmeyster Teymur Rəcəbov “RİA Novosti”yə müsahibəsində mart-aprel aylarında Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək şahmat turnirində namizədlərin qalib gəlmək şansı barədə danışarkən bəyan edib.

Bununla belə, onun sözlərinə görə amerikalı Fabiano Karuana və Çin təmsilçisi Din Lijenin şansı daha yüksəkdir. Müsabiqə 15 martdan 5 aprelə qədər iki turda keçiriləcək.

2020-ci ilin payızında dünya çempionu norveçli Maqnus Karlsenlə titul matçı oynamaq hüququ uğrunda mübarizədə Rəcəbovla bərabər Karuana, Din Lijen, həmçinin Aleksandr Qrişuk, Yan Nepomnyaşiy, Kirill Aleksenenko (Rusiya), Aniş Qiri (Hollandiya) və Van Hao (Çin) iştirak edəcək.

Qrossmeyster namizədlərin turnirində favoritlərin kim olduğunu söyləməyin çətin olduğunu bildirib: “Reytinq üzrə baxsanız, Fabiano Karuana və Din Lijenin adını çəkmək lazımdır.

Obyektiv olaraq, digər iştirakçılara nisbətən onların daha çox qazanma şansları var, çünki son zamanlar onlar daha sabit nəticələri göstərirlər. Yekun nəticənin necə olacağını demək çətindir”.

Rəcəbov turnir iştirakçılarının tərkibinin dəyişkən olduğunu vurğulayıb: “Yan Nepomnyaşiy reytinqdə yüksək qiymətləndirilir, amma klassik şahmatda həmişə sabit deyil.

O, möhtəşəm turnir keçirə və uğursuz çıxış edə bilər. Ancaq ümumilikdə, Yan əvvəllər olduğundan daha sabit oynayır.

Düşünürəm ki, o, həm şahmat, həm də psixologiyası üzərində çox işləyir. Aleksandr Qrişuk çox güclü şahmatçıdır və yaxşı vəziyyətdə olduqda ən yüksək səviyyəli oyun nümayiş etdirir”.

Teymur Rəcəbov 2019-cu ildə Dünya Kubokunun qalibi olmaqla “İddiaçılar turniri”ndə yarışmaq hüququ qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı