"Formula-1"də gözlənilməz istefa: Direktor postundan getdi

21 Yanvar 2020 20:30 Digər növlər 595
"Formula-1"də gözlənilməz istefa: Direktor postundan getdi

"Formula-1" şirkətinin kommersiya direktoru Şon Bratçes vəzifəsindən istefa verib.

Sportinfo.az xəbər verir ki, amerikalı mütəxəssis şirkəti yanvarın sonunda rəsmən tərk edəcək.

Şirkətin mətbuat xidməti bununla bağlı məlumat yayıb: "Şon 3 illik fəaliyyətindən sonra ABŞ-a, ailəsinin yanına qayıtmağa və həyatında yeni səhifə açmağa qərar verdi".

Bratçes özü isə vəzifəsindən ayrılması ilə bağlı bunları bildirib: "Formula-1"dəki işim inanılmaz bir səyahət idi və bundan tam məmnun qaldım. Komandaya bütün səylərinə və fədakarlığına görə şəxsən təşəkkür etmək istəyirəm. "Formula-1" şirkətini 2017-ci illə müqayisədə indi daha yaxşı vəziyyətdə qoyub getdiyim üçün özümlə fəxr edirəm".

Qeyd edək ki, Şon Bratçes "Formula-1" şirkətində kommersiya direktoru vəzifəsinə 2017-ci ildə təyin olunub.

Digər Xəbərlər
Xəbər Lenti