Rəhimov vitse-prezidenti postundan azad etdi

16 Yanvar 2020 18:42 Digər növlər 830
Rəhimov vitse-prezidenti postundan azad etdi

Milli Paralimpiya Komitəsində iclas keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda çıxış edən komitənin prezidenti İlqar Rəhimov birinci vitse-prezidenti Natiq Qasımovun ərizə ilə müraciət etdiyini və tutduğu vəzifədən azad olunmasını istədiyini bildirib.

Komitə prezidenti onun xahişini nəzərə alaraq müvafiq əmr imzalayıb. Natiq Qasımov Milli Paralimpiya Komitəsində 7 dekabr 2012-ci ildən vitse-prezident, daha sonra 8 fevral 2013-cü ildən birinci vitse-prezident vəzifələrində çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı