"Neftçi" rəsmisi dünyasını dəyişdi

16 Yanvar 2020 12:35 Digər növlər 1 793
"Neftçi" rəsmisi dünyasını dəyişdi

Tanınmış jurnalist Tofiq Gülməmmədov vəfat edib.

Sportinfo.az xəbər verir ki, bu barədə jurnalist Elnarə Dərziyeva sosial şəbəkə hesabında paylaşım edib.

"Dəyərli jurnalist, həyat eşqli insan - Tofiq Gülməmmədovu itirdik. Ölüm sizə yaraşmırdı, Tofiq müəllim... Çox pis xəbər oldu. Allah rəhmət eləsin!"

Qeyd edək ki, Tofiq Gülməmmədov uzun illər AzTV-də çalışıb. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. "Neftçi İdman Klubu" İctimai Birliyinin mətbuat xidməti üzrə meneceri və "Neftçi" qəzetində baş redaktor olub.

Allah rəhmət eləsin!

Digər Xəbərlər
Xəbər Lenti