"Bəzi dəyişikliklər var, amma yenə də nəyəsə ümid etmək olar"

10 Yanvar 2020 12:02 Digər növlər 617
"Bəzi dəyişikliklər var, amma yenə də nəyəsə ümid etmək olar"

"Azərbaycanı belə böyük yarışda təmsil etməyimə çox şadam. Özümə bəslənilən bütün ümidləri doğrultmağa çalışacam".

Sportinfo.az xəbər verir ki, bunu ilk dəfə Yeniyetmələrin Qış Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabova deyib.

17 yaşlı idmançı olimpiadadakı ilk sınağında maksimum müsbət emosiyalar almaq üçün təmiz və emosional performans istəyini ifadə edib.

O, daimi və tam qüvvə ilə hazırlıq keçdiyini də vurğulayıb: "Olimpiada öncəsi məşq prosesimdə bəzi dəyişikliklər oldu. Amma yenə də nəyəsə ümid etmək olar".

Yeniyetmələrin III Qış Olimpiya Oyunlarının açılış mərasimi ötən gecə İsveçrənin Lozanna şəhərində keçirilib. Tədbirdə Azərbaycanı Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev və federasiya nümayəndəsi Rauf Xəlilov təmsil edib.

Yekaterina Ryabova yanvarın 11-də və 13-də çıxış edəcək. İlk "10-luğ"a düşəcəyi təqdirdə, o, yanvarın 15-də final mərhələsinə qatılacaq.

Digər Xəbərlər
Xəbər Lenti