Azərbaycan yelkənçilərndəni ilk dəfə qızıl və gümüş medallar

10 Yanvar 2020 00:14 Digər növlər 482
Azərbaycan yelkənçilərndəni ilk dəfə qızıl və gümüş medallar

Azərbaycanın yeniyetmə yelkənçiləri Türkiyədə keçirilən beynəlxalq turnirdə iki medal qazanıblar.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın Sportinfo.az-a verdiyi məlumata görə, Ayla Babayeva "Laser 4.7" sinfi üzrə qadınlar qrupunda qızıl, Murad İsmayıl kiçik yaş qrupunda gümüş medal qazanıb.

İsmayıl Kərimov isə ümumi nəticədə 4-cü yerə layiq görülüb.Yarış İtaliyanın Qarda gölündə “Optimist” sinfi üzrə keçiriləcək dünya çempionatına,

Portuqaliyada “Laser 4.7” sinfi üzrə keçiriləcək Avropa çempionatına, eyni zamanda, 2021-ci ildə Bodrumda “Optimist” sinfi üzrə keçirilməsi planlaşdırılan dünya çempionatına hazırlıq məqsədi daşıyıb.

Bu Azərbaycan idmanı tarixində ilk belə haldır.

Digər Xəbərlər
Xəbər Lenti