Həbiblə döyüşmək üçün Mirzəyevə məktub yazdı

8 Yanvar 2020 14:45 Digər növlər 853
Həbiblə döyüşmək üçün Mirzəyevə məktub yazdı

Buxara vilayətinin sakini Utkir Urinov Özbəkistan prezidenti Şövkət Mirzəyevə məktub yazıb.

Sportinfo.az xəbər verir ki, 40 yaşlı Urinov Həbib Nurməhəmmədovla döyüşmək niyyətindədir. O, bu döyüşün baş tutması üçün prezidentdən köməklik göstərməsini xahiş edib:

“Həbiblə döyüşmək istəyirəm. Bu məsələ ilə bağlı heç yerə müraciət etməmişəm. Bu döyüşün baş tutmasına köməklik göstərməyinizi xahiş edirəm. Həbib kəməri haqlı daşıdığını sübut etməlidir. Xahiş edirəm ki, məni və Həbibi tibbi baxışdan keçirsinlər”.

Həbib bu yaxınlarda Daşkənddə olub. O, burda Özbəkistanın Qarışıq Döyüş Sənətləri Federasiyasının prezidenti Otabek Umarovla birgə məşq keçib. Umarov Özbəkistan prezidentinin kürəkənidir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!