Nazir müavini Musayev haqda nələr söylədi?

8 Yanvar 2020 09:30 Digər növlər 818
Nazir müavini Musayev haqda nələr söylədi?

"Tofiq Musayevin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl bayramı günü dünya çempionu olması ölkəmiz üçün böyük uğurdur".

Sportinfo.az xəbər verir ki, bu sözləri Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov Yaponiyanın Saitama şəhərində MMA üzrə "Rizin Gran Prix 2019” turnirinin qalibi olan Tofiq Musayev haqda deyib.

Musayev “Rizin Gran Prix 2019” turnirinin həlledici görüşündə “Pitbull” ləqəbli braziliyalı Patrik Freireni məğlub edib. İsmayılov Az'ərbaycana bu sevinci yaşatdığı üçün idmançıya təşəkkürünü bildirib:

"Ölkəmizdə nəinki olimpiya, eləcə də qeyri-olimpiya idman növlərinə xüsusi diqqət ayrılır. Məhz bu diqqətin nəticəsidir ki, Tofiq Musayev dünya çempionu olmaqla bizi və məşqçilərini sevindirdi. Fürsətdən istifadə edərək, bu sahədə çalışan bütün məşqçilərə də minnətdarlıq edirəm".

Digər Xəbərlər
Xəbər Lenti