Avropa çempionatında iki nəfərlə təmsil olunacağıq

6 Yanvar 2020 16:00 Digər növlər 492
Avropa çempionatında iki nəfərlə təmsil olunacağıq

Fiqurlu konkisürmə üzrə Azərbaycan millisi Avropa çempionatına iki idmançı ilə qatılacaq.

Sportinfo.az xəbər verir ki, yanvarın 20-26-da Avstriyanın Qrats şəhərində təşkil olunacaq turnirdə idmançılarımız yalnız fərdi yarışlarda qüvvəsini sınayacaq.

Vladimir Litvintsev kişilərin mübarizəsində çıxış edəcək. Yekaterina Ryabova isə qadınların yarışında buz üzərinə çıxacaq.

Hər iki idmançı ikinci dəfə Avropa çempionatına qatılır. Ötən il Y.Ryabova 12-ci, V.Litvintsev 16-cı yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti