Azərbaycanda 2019-un ən yaxşı idmançısı - SORĞU

4 Yanvar 2020 22:50 Digər növlər 562
Azərbaycanda 2019-un ən yaxşı idmançısı - SORĞU

Məlum olduğu kimi, “Futbol+” təkcə ilin futbolçusunu yox, həm də ilin idmançısını seçir.

Sportinfo.az xəbər verir ki, ənənəvi sorğunun builki qalibi şahmatçı Teymur Rəcəbov olub.

Dünya kubokunu qazanmaqla tarix yazan 32 yaşlı qrossmeyster ən yaxın izləyicisini 20 xal qabaqladı. Maraq üçün qeyd edək ki, ötənilki qalib Eldəniz Əzizli (güləş) daha çox xal (203) toplamışdı.

Rəcəbovla zirvə uğrunda mübarizə aparan Mariya Stadnik 2019-da qazandığı uğurlara rəğmən, ikinci pillədə qərarlaşdı. Xanım pəhləvan qalib gəlsəydi, ardıcıl üçüncü il güləşçi zirvədə yer alacaqdı.

Belə ki, 2017-nin ən yaxşısı sərbəst güləşçi Hacı Əliyev olmuşdu. “Üçlüy”ü taekvondo üzrə dünya çempionu Milad Beiqi Harçeqani qapadı.

Onu da əlavə edək ki, qəzetimizin budəfəki sorğusuna 75 idman funksioneri və jurnalist qatıldı. Onlardan 41-nin ilk pilləyə məhz Teymuru layiq bilməsi həlledici oldu.

İdman funksionerləri
Səmayə Məmmədova (Gənclər və İdman Nazirliyinin mətbuat katibi): 1. Teymur Rəcəbov, 2. Rüstəm Orucov, 3. Milad Beiqi Harçeqani
Nəriman Abdullayev (boks yığmasının məşqçisi): 1. Hacı Əliyev, 2. Mariya Stadnik, 3. Milad Beiqi Harçeqani
Niyaməddin Paşayev (Taekvondo Federasiyasının vitse-prezidenti): 1. Milad Beiqi Harçeqani , 2. Hacı Əliyev, 3. Mariya Stadnik
Fikrət Sideyfzadə (qadınlardan ibarət şahmat yığmamızın baş məşqçisi): 1. Teymur Rəcəbov, 2. Mariya Stadnik, 3. Milad Beiqi Harçeqani
Kənan Məstəliyev (Ağır Atletika Federasiyasının mətbuat katibi): 1. Mariya Stadnik, 2. Teymur Rəcəbov, 3. Milad Beiqi Harçeqani
Rüstəm Rüstəmov (Basketbol Federasiyasının icraçı direktoru): 1.Teymur Rəcəbov, 2. Rüstəm Orucov, 3. Mariya Stadnik
İsgəndər Əsgərov (Həndbol Federasiyasının İdman şöbəsinin müdiri): 1.Teymur Rəcəbov, 2. Rüstəm Orucov, 3. Mariya Stadnik
Pərviz Musayev (Velosiped İdmanı Federasiyasının mətbuat katibi): 1. Teymur Rəcəbov, 2. Mariya Stadnik, 3. Rüstəm Orucov
Sərxan Musayev (Güləş Federasiyasının mətbuat katibi): 1. Mariya Stadnik, 2. Teymur Rəcəbov, 3. Milad Beiqi Harçeqani
Elnur Əşrəfoğlu (Cüdo Federasiyasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri): 1. Teymur Rəcəbov, 2. Rüstəm Orucov, 3. Mariya Stadnik
Sənan Məhərrəmov (Milli Karate Federasiyasının mətbuat katibi): 1. Hacı Əliyev, 2. Hidayət Heydərov, 3. Rafael Ağayev
Kənan Hakimov (Badminton və Qılıncoynatma Federasiyalarının mətbuat katibi): 1. Teymur Rəcəbov, 2. Mariya Stadnik, 3. Rüstəm Orucov
Ceyhun Məmmədov (Sambo Feferasiyasının prezidenti): 1. Rüstəm Orucov, 2. Hacı Əliyev, 3. Teymur Rəcəbov
Şəfəq Kərimova (Voleybol Federasiyasının mətbuat katibi): 1. Teymur Rəcəbov, 2. Mariya Stadnik, 3. Rafael Ağayev
Jurnalistlər
Mahir Rüstəmli (Futbol+): 1. Mariya Stadnik, 2. Teymur Rəcəbov, 3. Milad Beiqi Harçeqani
Kənan Həsənov (Futbol+): 1. Mariya Stadnik, 2. Teymur Rəcəbov, 3. Milad Beiqi Harçeqani
Həbib Aslanov (Futbol+): 1. Mariya Stadnik, 2. Teymur Rəcəbov, 3. Rüstəm Orucov
Rəşad Qasımov (Futbol+): 1. Teymur Rəcəbov, 2. Mariya Stadnik, 3. Milad Beiqi Harçeqani
Mirağa Mirzəyev (Futbol+): 1. Mariya Stadnik, 2. Teymur Rəcəbov, 3. Milad Beiqi Harçeqani
Ramil Yusifov (Futbol+): 1. Mariya Stadnik, 2. Ruslan Lunyov, 3. Teymur Rəcəbov
Əli Raufoğlu (Futbol+): 1. Teymur Rəcəbov, 2. Mariya Stadnik, 3. Hacı Əliyev
Elzamin Hacıyev (Futbol+): 1. Teymur Rəcəbov, 2. Mariya Stadnik, 3. Hacı Əliyev
Qabil Mehdiyev (İdman): 1. Teymur Rəcəbov, 2. Mariya Stadnik, 3. Hacı Əliyev
Rahib Səmədov (Olimpiya dünyası): 1. Teymur Rəcəbov, 2. Mariya Stadnik, 3. Milad Beiqi Harçeqani
İlqar Tağıyev (Het-trik News): 1. Teymur Rəcəbov, 2. Mariya Stadnik, 3. Milad Beiqi Harçeqani
Şəmsəddin Abbasov (CBC Sport): 1. Teymur Rəcəbov, 2. Mariya Stadnik, 3. Milad Beiqi Harçeqani
Rüstəm Əfsərli (CBC Sport): 1. Teymur Rəcəbov, 2. Mariya Stadnik, 3. -
Elnur Məmmədli (CBC Sport): 1. Mariya Stadnik, 2. Teymur Rəcəbov, 3. Rüstəm Orucov
Gündüz Abbaszadə (CBC Sport): 1. Teymur Rəcəbov, 2. Mariya Stadnik, 3. Hacı Əliyev
Ürfan Məmmədli (CBC Sport): 1. Teymur Rəcəbov, 2. Mariya Stadnik, 3. Rüstəm Orucov
Ramiz Mirzəzadə (İdman TV): 1. Teymur Rəcəbov, 2. Ruslan Lunyov, 3. Hacı Əliyev
Nurlan Hacıyev (İdman TV): 1. Teymur Rəcəbov, 2. Şərif Şərifov, 3. Milad Beiqi Harçeqani
Sərxan İbrahimoğlu (İdman TV): 1. Teymur Rəcəbov, 2. Mariya Stadnik, 3. Hacı Əliyev
İlkin Fikrətoğlu (ATV): 1. Teymur Rəcəbov, 2. Mariya Stadnik, 3. Şərif Şərifov
Sənan Şəfizadə (ATV): 1. Teymur Rəcəbov, 2. Mariya Stadnik, 3. Rüstəm Orucov
Sənan Abdullayev (Xəzər TV): 1. Teymur Rəcəbov, 2. Hacı Əliyev, 3. Mariya Stadnik
Ceyhun Rzayev (Xəzər TV): 1. Milad Beiqi Harçeqani, 2. Mariya Stadnik, 3. Teymur Rəcəbov
Rövşən Əhlimanoğlu (Lider TV): 1. Teymur Rəcəbov, 2. Mariya Stadnik, 3. Rüstəm Orucov
Tural Xudiyev (Speys TV): 1. Teymur Rəcəbov, 2. Mariya Stadnik, 3. Milad Beiqi Harçeqani
Tural Dadaşov (İTV): 1. Teymur Rəcəbov, 2. Mariya Stadnik, 3. Milad Beiqi Harçeqani
Mehman Rəsulov (Real TV): 1. Mariya Stadnik, 2. Hacı Əliyev, 3. Teymur Rəcəbov
Bəhruz Musayev (ARB): 1. Teymur Rəcəbov, 2. Hidayət Heydərov, 3. Mariya Stadnik
İlkin Baba (Azərbaycan radiosu): 1. Mariya Stadnik, 2. Teymur Rəcəbov, 3. Rüstəm Orucov
İxtiyar Əsgərov (matç.az): 1. Mariya Stadnik, 2. Milad Beiqi Harçeqani, 3. Teymur Rəcəbov
Ruslan Sadıqov (matç.az): 1. Mariya Stadnik, 2. Milad Beiqi Harçeqani, 3. Teymur Rəcəbov
Tahir Hümmətov (apasport.az): 1. Mariya Stadnik, 2. Teymur Rəcəbov, 3. Alfonso Dominges
Vüqar Xeyrullayev (apasport.az): 1. Mariya Stadnik, 2. Teymur Rəсəbov, 3. Milad Beiqi Harçeqani
Vüqar Zeynalov (azerisport.com): 1. - , 2. Milad Beiqi Harçeqani, 3. Şərif Şərifov
Rəşad Ergün (komanda.az): 1. Mariya Stadnik, 2. Teymur Rəcəbov, 3. Hidayət Heydərov
Aydın Bağırov (qol.az): 1. Mariya Stadnik, 2. Rüstəm Orucov, 3. Teymur Rəcəbov
Ceyhun Əliyev (sport24.az): 1. Teymur Rəcəbov, 2. Mariya Stadnik, 3. Milad Beiqi Harçeqani
Mehman Süleymanov (sport24.az): 1. Mariya Stadnik, 2. Teymur Rəcəbov, 3. Milad Beiqi Harçeqani
Elşən Məmmədov (sportnet.az): 1. Teymur Rəcəbov, 2. Mariya Stadnik, 3. Milad Beiqi Harçeqani
Şamo Quliyev (report.az): 1. Teymur Rəcəbov, 2. Mariya Stadnik, 3. Rüstəm Orucov
Təbriz Quliyev (report.az): 1. Mariya Stadnik, 2. Teymur Rəcəbov, 3. Hacı Əliyev
Teymur Tuşiyev (Sputnik Azərbaycan): 1. Mariya Stadnik, 2. Teymur Rəcəbov, 3. Rüstəm Orucov
İbrahim Cəfərov (futbolxeber.az): 1. Teymur Rəcəbov, 2. Mariya Stadnik, 3. Rüstəm Orucov
Vüsal Mahmudov (futbolinfo.az): 1. Teymur Rəcəbov, 2. Mariya Stadnik, 3. Hacı Əliyev
Əli Sahib (fanat.az): 1. Teymur Rəcəbov, 2. Mariya Stadnik, 3. Şərif Şərifov
Amal Abuşov (sport7.az): 1. Mariya Stadnik, 2. Teymur Rəcəbov, 3. Rüstəm Orucov
Səbuhi Nərimanoğlu (sport7.az): 1. Mariya Stadnik, 2. Teymur Rəcəbov, 3. Rafael Ağayev
Elçin Cəlilov (futbolpress.az): 1. Teymur Rəcəbov, 2. Mariya Stadnik, 3. Milad Beiqi Harçeqani
Səxavət Qurbanov (idmanxeber.com): 1. Mariya Stadnik,
2. Teymur Rəcəbov, 3. Hidayət Heydərov
Kamran Hacı (allsport.az): 1. Teymur Rəcəbov, 2. Milad Beiqi Harçeqani, 3. Mariya Stadnik
Mərdan Həsənov (newsport.az): 1. Teymur Rəcəbov, 2. Mariya Stadnik, 3. Rüstəm Orucov
Elmir Əliyev (haqqin.az): 1. Mariya Stadnik, 2. Milad Beiqi Harçeqani, 3. Teymur Rəcəbov
Teymur Maqsudov (1news.az): 1. Mariya Stadnik, 2. Teymur Rəcəbov, 3. Milad Beiqi Harçeqani
İlkin Vaqifoğlu (sportinfo.az): 1. Teymur Rəcəbov, 2. Mariya Stadnik, 3. Hacı Əliyev
Anar Cəfərsoy (supersport.az): 1. Milad Beiqi Harçeqani, 2. Rüstəm Orucov, 3. Şərif Şərifov
Səbuhi Musayev (oxu.az): 1. Mariya Stadnik, 2. Teymur Rəcəbov, 3. Milad Beiqi Harçeqani
Araz Əhmədov (sportfm.az): 1. Mariya Stadnik, 2. Teymur Rəcəbov, 3. Rüstəm Orucov
Əli Həyati (futbolmedia.az): 1. Hacı Əliyev. 2. Rüstəm Orucov, 3. Teymur Rəcəbov
Samirə Allahverdiyeva (AzərTac): 1. Teymur Rəcəbov, 2. Mariya Stadnik, 3. Rüstəm Orucov
Elsevər Məmmədov (qafqazinfo.az): 1.Teymur Rəcəbov, 2. Mariya Stadnik, 3. Milad Beiqi Harçeqani
1 2 3 4 5 6
1. Teymur Rəcəbov (şahmat) 41 19 9 170
2. Mariya Stadnik (güləş) 25 34 7 150
3. Milad Beiqi Harçeqani (taekvondo) 3 5 23 42
4. Rüstəm Orucov (cüdo) 1 7 15 32
5. Hacı Əliyev (güləş) 3 4 9 26
6. Hidayət Heydərov (cüdo) - 2 2 6
7. Şərif Şərifov (güləş) - 1 4 6
8. Ruslan Lunyov (atıcılıq) - 2 - 4
9. Rafael Ağayev (karate) - - 3 3
10. Alfonso Dominges (boks) - - 1 1
Qeyd: 1 – sıra nömrəsi, 2 – ad, soyad, 3 – birinci yer (X3), 4 – ikinci yer (X2), 5 – üçüncü yer (X1), 6 – xalların cəmi.

Digər Xəbərlər
Xəbər Lenti