"O, qələbə üçün nə lazımdırsa, etdi, biz elə bildik ki…"

4 Yanvar 2020 12:30 Digər növlər 685
"O, qələbə üçün nə lazımdırsa, etdi, biz elə bildik ki…"

Məlum olduğu kimi, Yaponiyanın Saytama şəhərində MMA üzrə “RİZİN 20” yarışlarının döyüşləri baş tutub. Dünya və Avropa çempionu Tofiq Musayev “Saitama Super Arena”da baş tutan finalda “Pitbull” ləqəbli Patriki Freyreni məğlub edərək yüngül çəkidə dünya çempionu olub.

Sportinfo.az xəbər verir ki, onun finalda məğlub etdiyi “Pitbull” həlledici görüşdə sağ əli sınıqlı mübarizə aparıb. Bu barədə braziliyalı döyüşçünün məşqçisi Erik Albarasin deyib:

“Camaat bilmir... Patrikinin əli ilk döyüşdə - yarımfinalda qırıldı. Biz onun yara bandını açmağa əmin deyildik. Çünki açsaq, əl şişə bilərdi.

Ona görə də döyüşə sarıqlı çıxdı və qırıq əllə döyüşdü. Bununla da o, rəqib üçün bütün kartlarını açıb ortaya qoymuş oldu”.

Məşqçi onu da bildirib ki, Patriki özündən bir yaş kiçik qardaşı, “Bellator” çempionu Patrisiu kimi nə vaxtsa qalib olacaq: “Mən düşünürdüm ki, biz qalib gəldik.

Elə bilirdim ki, onun əli qaldırılacaq. Ancaq heç vaxt taleyini hakimlərin qərarına saxlamaq olmaz... Tofiq yaxşı döyüşdü. O, qələbə üçün nə lazımdırsa, etdi.

Ancaq heç nə bitməyib. 2019-cu il başa çata bilər. Bu isə bizim sonumuz demək deyil. Patriki “Pitbull” bir gün dünya çempionu olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti