Bakı çempionu böyük coşquyla qarşıladı - VİDEO

3 Yanvar 2020 09:00 Digər növlər 1 419
Bakı çempionu böyük coşquyla qarşıladı - VİDEO

“Rizin 2019” Qran Prisinin qalibi olan MMA döyüşçümüz Tofiq Musayev vətə qayıdıb.

Yaponiyada reallaşan turnirin son 2 döyüşünü də qələbə ilə başa vuraraq kəmərə sahib çıxan idmançımız Heydər Əliyev beynəlxalq hava Limanında coşqu ilə qarşılanıb.

"Orion" klubunun idmançısı bundan sonra UFS turnirində qüvvəsini sınaya bilər. Bu, Tofiq Musayevin ümumilikdə 18-ci qələbəsi olub.

Əvvəlki döyüşlərini də uğurla başa vuran təmsilçimiz Saitama şəhərində reallaşan turnirin yarımfinal və final mərhələsində müvafiq olaraq amerikalı Conni Keys və “Pitbull” ləqəbli braziliyalı Patrik Freireylə üz-üzə gəlib.

"Sambaçı" ilə final qarşılaşmasının birinci raundunda əlinin sınmasına baxmayaraq, döyüşü davam etdirən Musayev hakimlərin qərarına əsasən “Rizin 2019” turnirində yüngül çəkidə dünya çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti