"Düzünü deyəcəm, Bakıda çox əsəbiləşmişdim" - VİDEO

15 Dekabr 2019 12:19 Digər növlər 976
"Düzünü deyəcəm, Bakıda çox əsəbiləşmişdim" - VİDEO

"Renault" komandasının pilotu Daniel Rikkardo 2018-ci ildə "Formula 1" üzrə Azərbaycan Qran-prisində "Red Bull" sürücüsü Maks Ferstappenlə baş verən toqquşmasından danışıb.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı avstraliyalı pilot hadisədə sabiq komanda yoldaşını günahkar bilib: "Ferstappen yoluna davam etdi. Buna görə hiddətləndim.

Mən onu üstələməyə çox çalışdım, lakin yenə də məndən qabaqda idi. Buna görə əmin idim ki, komanda məni irəli buraxmalıdır. Çünki nəticə dəyişib. Amma mühəndisim mənə dedi ki, Maksla mübarizə aparırsan. Yəni heç bir komanda taktikası yoxdur.

Onu yenidən keçməyim lazımdır. Ferstappen əvvəlcə aldadıcı manevrimə inandı, amma sonra geri çəkilməyə başladı və biz toqquşduq. Düzünü deyəcəyəm - qəzadan sonra məndə belə bir fikir var idi ki, onlar bunu haqq etdilər. Kədərlənmədim və xal itirdiyimizi də düşünmədim. Sadəcə, çox əsəbiləşmişdim".

2018-ci ildə Azərbaycan Qran-prisinin qalibi "Mercedes" pilotu Lüis Hemilton olub. 2017-ci ildə Bakıdakı yarışda rəqiblərini qabaqlayan Rikkardonun məhz həmin toqquşmaya görə "Red Bull"dan ayrılıb "Renault"a getdiyi ehtimal olunur.

Digər Xəbərlər
Xəbər Lenti