Bakıda keçiriləcək dünya kuboku ilə bağlı - MÜHÜM XƏBƏR

14 Dekabr 2019 11:06 Digər növlər 510
Bakıda keçiriləcək dünya kuboku ilə bağlı - MÜHÜM XƏBƏR

2019-cu ildə uğurla təşkil edilmiş bədii gimnastika üzrə dünya və Avropa çempionatları da daxil 4 beynəlxalq yarışdan sonra Azərbaycan Gimnastika Federasiyası (AGF) gələn ildə də bu növ üzrə yarışlara hazırlaşır.

Sportinfo.az AGF-yə istinadla xəbər verir ki, gimnastikanın ən zərif nümayəndələrinin yarışları ənənəyə uyğun olaraq apreldə keçiriləcək.

Aprelin 24-26-da təşkil ediləcək dünya kuboku turnirdə iştirak edəcək ölkələrin ilkin qeydiyyat siyahısı dekabrda bəlli olacaq. Bu turnirin iştirakçıları Olimpiadaya vəsiqə qazanmaq şansı əldə edəcəklər. Bakıda təşkil olunan dünya çempionatında “Tokio 2020”yə lisenziyasız qalan gimnastlar bu yarışlarda güclərini bir daha sınayacaqlar.

Yarışların ilk iki günündə təsnifat mərhələləri baş tutacaq və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandaları final mərhələsinə adlayacaqlar.

Yarışın sonuncu günündə isə final mərhələsinin qalibləri müəyyənləşəcək. Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda