“Xırdalan”ı son dəqiqədə məğlub etməyi bacardılar

10 Dekabr 2019 00:00 Digər növlər 595
“Xırdalan”ı son dəqiqədə məğlub etməyi bacardılar

Basketbol üzrə Azərbaycan kubokunda yeni mövsümə start verilib. Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Öncə “Zirvə” və “Xırdalan” komandaları qarşılaşıb. “Zirvə” yalnız 4-cü hissənin son dəqiqəsində rəqibini məğlub etməyi bacarıb – 76:71.

İkinci qarşılaşma daha dramatik mübarizə şəraitində keçib. Belə ki, ölkə çempionatında qələbə sevincini yaşaya bilməyən “80-lər” “Sıçrayış”a meydan oxuyub. Xala-xal gedən qarşılaşmada “80-lər” son saniyədə intizarında olduğu zəfərə nail olub – 69:67.

Digər Xəbərlər
Xəbər Lenti