Azərbaycanlı Rusiyada dünya rekordu ilə “qızıl” qazandı

9 Dekabr 2019 22:45 Digər növlər 960
Azərbaycanlı Rusiyada dünya rekordu ilə “qızıl” qazandı

Rusiyanın paytaxtı Moskvada WRP (World Raw Powerlifting) Federasiyasının keçirdiyi dünya çempionatı başa çatıb.

Sportinfo.az xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən azərbaycanlı idmançı Rövşən Xəlilov yarışda iki qızıl və bir gümüş medal əldə edib.

O, 3 hərəkətin cəmində 685,5 kq qaldıraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xəlilov bu nəticə ilə dünya rekordunu yeniləyib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 16:30 Çək və bizə göndər!