Gimnastlarımız Rusiyadan bürünc medalla qayıdırlar

6 Dekabr 2019 18:30 Digər növlər 718
Gimnastlarımız Rusiyadan bürünc medalla qayıdırlar

1-5 dekabr tarixlərində Rusiyanın Obninsk şəhərində idman gimnastikası üzrə Larisa Latinina adına beynəlxalq turnir keçirilib.

Sportinfo.az xəbər verir ki, turnirdə ölkəmizi böyüklər arasında Sərvər Əliyev, Ağamurad Qəhrəmanov, Cavidan Babayev, gənclər arasında Səməd Məmmədli, Mənsum Səfərov, Ramin Dəmirov və Rəsul Əhmədzadə təmsil edib.

Gimnastlar arasında ən yaxşı nəticəni Səməd Məmmədli göstərib. O, halqalar və turnikdə bütün rəqiblərini üstələyərək 1-ci olub. Dayaqlı tullanma alətində çıxışına görə Səməd 3-cü yerdə qərarlaşıb. Gənclər arasında çıxış edən daha bir gimnastımız Rəsul Əhmədzadə sərbəst hərəkətlərdə 3-cü olub.

Böyüklərin yarışında ən yaxşı nəticəni Cavidan Babayev nümayiş etdirib. O, halqalarda 2-ci, sərbəst hərəkətlərdə isə 3-cü olub. Sərvər Əliyev paralel qollarda çıxışına görə 3-cü yerdə qərarlaşıb.

Komanda hesabında gimnastlarımız bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti