VİDEO: Rusiyalı müğənni azərbaycanlı gimnastı təbrik etdi

6 Dekabr 2019 10:19 Digər növlər 523
VİDEO: Rusiyalı müğənni azərbaycanlı gimnastı təbrik etdi

Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilmiş idman gimnastikası üzrə beynəlxalq turnirdə yeddi medal qazanan azərbaycanlı idmançı Hüseyn Xəlilovu Rusiyanın əməkdar artisti, müğənni və teleaparıcı Anita Soy təbrik edib.

Sportinfo.az xəbər verir ki, 48 yaşlı Koreya əsilli müğənni Moskvadan etdiyi təbrikində doqquz yaşlı Hüseynin bu qələbəsi münasibəti ilə valideynlərinə gözaydınlığı verib. O bildirib ki, yeddi medal (altı qızıl və bir gümüş) qazanmış Hüseyn valideynlərinin fəxridir və onların etimadını doğruldur.

Daha əvvəl Hüseyn Xəlilovu idman gimnastikası üzrə dördqat Olimpiya, beşqat dünya və Avropa çempionu Aleksey Nemov video vasitəsilə təbrik etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti