Bakıdakı dünya kubokunda neçə ölkə iştirak edəcək?

5 Dekabr 2019 00:42 Digər növlər 755
Bakıdakı dünya kubokunda neçə ölkə iştirak edəcək?

Azərbaycan Gimnastika Federasiyası 2020-ci ilin beynəlxalq yarışlar mövsümünə batut gimnastikası və tamblinq üzrə dünya kuboku ilə start verəcək.

Sportinfo.az Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, fevralın 15-16-da baş tutacaq turnir “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Yarışlara ilkin qeydiyyat siyahısına əsasən artıq 27 ölkə iştirakını təsdiq edib. Yarışda təxminən 238 gimnastın mübarizə aparacağı gözlənilir. Turnirdə iştirak edəcək gimnastların adları yanvarda bəlli olacaq.

İki gün davam edəcək yarışların ilk günündə təsnifat, ikinci günü isə final mərhələləri baş tutacaq. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə dünya kuboku yarışları da Olimpiadaya təsnifat xarakteri daşıyıb. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib. 2021-ci ildə Azərbaycanda ilk dəfə olaraq batut gimnastikası üzrə dünya çempionatı təşkil ediləcək.

Digər Xəbərlər
Xəbər Lenti