Quliyev Türkiyəyə yeni bir zəfər yaşatmaq istəyir

3 Dekabr 2019 11:59 Digər növlər 1 179
Quliyev Türkiyəyə yeni bir zəfər yaşatmaq istəyir

“Qarşıda bizi Tokio Olimpiadası gözləyir. Hər kəs ona hazırlaşır və ən əhəmiyyətli yarış da məhz həmin Oyunlardır”.

Sportinfo.az xəbər verir ki, bunu Türkiyə millisinin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev deyib. 29 yaşlı Avropa və dünya çempionu qarşıdakı hədəflərini açıqlayıb.
O bildirib ki, əsas arzusu mundialda olduğu kimi, Yay Olimpiya Oyunlarında da “ay-ulduzlu” komandaya ilk yaşatmaqdır: “Biz gücümüzü, planlarımızı Olimpiadaya uyğun qurmuşuq. Artıq təlim-məşq toplanışına başlamışıq. Hədəfim Türkiyəyə yeni bir zəfər yaşatmaqdır”.

Quliyev Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı “Brilyant Liqa”da qazanıb. O, 200 m məsafəni 19,99 saniyəyə qət edib və bu nəticə həmyerlimizə Olimpiadada iştirak hüququ verib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!