Azərbaycan futbolu üçün ağır itki

2 Dekabr 2019 23:30 Digər növlər 1 425
Azərbaycan futbolu üçün ağır itki

Azərbaycan futbol ictimayyətinə ağır itki üz verib. Sportinfo.az xəbər verir ki, respublikanın Əməkdar məşqçisi Fazil Abbasov 80 yaşında dünyasını dəyişib.

F.Abbasov futbolçu karyerasını 1961-ci ildə Bakının "Spartak" komandasında başlayıb. Daha sonra "Neft Daşları", "Neftyanik", "Dinamo", "Polad"da (Sumqayıt) keçirmiş Abbasov karyerasını Sumqayıt klubunda başa vurub.

Məşqçi karyerası ərzində onun Tərlan Əhmədov, Lev Mayorov, Ruslan Lukin, Dmitri Lukoşkin, Emin Salmanov, Arif Əsədov kimi bir çox tanınmış veteran futbolçuların yetişib üzə çıxmasında böyük rolu olub.

Sportinfo.az saytının kollektivi adından mərhumun ailəsinə və yaxınlarına səbr diləyirik. Allah rəhmət eləsin!

Digər Xəbərlər
Xəbər Lenti