"Qəbələ"li Bəxtiyar Abbasov Abu-Dabidə qazandı

29 Noyabr 2019 23:30 Digər növlər 1 229
"Qəbələ"li Bəxtiyar Abbasov Abu-Dabidə qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Bəxtiyar Abbasov növbəti qələbəsini qazanıb. Sportinfo.az xəbər verir ki, 33 yaşlı idmançımız “UAE Warriors9” çərçivəsində uğur əldə edib.

O, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil olunan nüfuzlu yarışda Belarus təmsilçisi İqor Litoşiklə üz-üzə gəlib. Orta çəki dərəcəsində çıxış edən Bəxtiyar döyüşü qələbə ilə başa vurub.

“Mubadala Arena”dakı döyüş Abbasovun peşəkar karyerasında keçirdiyi 23-cü qarşılaşma olub. O, özünün 18-ci qələbəsini bayram edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!