Federasiyada yeni təyinatlar - Tanınmış adlar

18 Noyabr 2019 15:18 Digər növlər 889
Federasiyada yeni təyinatlar - Tanınmış adlar

Azərbaycan Peşəkar Boks Federasiyası (APBF) fəaliyyətinin gücləndirilməsi istiqamətində işləri davam etdirir. Federasiyanın İdarə Heyətinin yığıncağında rəhbər vəzifələrə yeni təyinatlar təsdiqlənib.

Sportinfo.az xəbər verir ki, peşəkar Boks Federasiyasının 1-ci vitse-prezidenti Fərhad Acalov, xarici əlaqələr üzrə vitse-prezidenti Ziya Əliyev, baş katibi isə Orxan Muxtarov təyin ediliblər.

Fərhad Acalov 2000-ci ildə gənclər arasında boks üzrə dünya birinciliyinin qalibi olub. Acalov sonrakı illərdə “Baku Fight Lab” (əvvəlki adı ilə, “Rabitə Boks Klubu”) boks klubunun icraçı direktoru işləyib.

APBF-nin xarici əlaqələr üzrə vitse-prezident vəzifəsinə təyin edilən Ziya Əliyev isə bir neçə Dünya və Olimpiya çempionu olmuş boksçuların meneceridir.

Komitənin baş katibi Orxan Muxtarov “Baku Fires” boks klubunda işləməyə başlamış, daha sonra Bakıda keçirilmiş Avropa Oyunları və İslam Həmrəylik oyunlarında boks yarışlarının keçirilməsinə nəzarət edib. Bu il Bakıda keçirilən Gənclər Olimpiya festivalının 5 idman növü üzrə rəhbəri olub.

Federasiyanın yaxın gələcəkdə WBA, WBC, IBF, WBO və s. beynəlxalq peşəkar boks təşkilatları, xarici ölkələrin federasiyaları, reytinqləri və döyüş nəticələrini qeydiyyata alan FIGHTFAX və BOXREC ilə əməkdaşlığa başlaması nəzərdə tutulub.

Azərbaycanda peşəkar boks döyüşlərinin təşkil edilməsi Federasiyanın əsas məqsədləri sırasındadır. Federasiya azərbaycanlı peşəkar boksçuların beynəlxalq səviyyədə tanıtımını və onların arasından dünya səviyyəli ulduzların formalaşmasını hədəfləyir.

Peşəkar Boks Federasiyasının vəzifələrinə peşəkar boksçulara, menecerlərə, promouter və promouter şirkətlərinə, həmçinin hakimlərə müvafiq lisenziyaların verilməsi də daxildir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!