Əliyev Türkiyədə 5 nəfərdən biri oldu

17 Noyabr 2019 09:56 Digər növlər 470
Əliyev Türkiyədə 5 nəfərdən biri oldu

Türkiyənin Qaziantep şəhərində keçirilən ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir davam edir.

Sportinfo.az xəbər verir ki, 2020-ci il Tokio Olimpiya Oyunların gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 20-dən çox ölkədən 80-ə yaxın atlet çıxış edir.

Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında Səbinə Əzimova (55 kq), Boyanka Kostova (59 kq), Füqan Əliyev (81 kq) və Tarmenxan Babayev (96 kq) körpücük üzərinə çıxacaqlar.

Füqan Əliyev də qüvvəsini sınayıb. O, kişilərdə 81 kq çəki dərəcəsində yarışıb. Gənc atletimiz toplam 291 kq (131+160) nəticə ilə bu çəkidə 5-ci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"