Azərbaycanlı baş məşqçi İndoneziya klubu ilə anlaşdı

16 Noyabr 2019 09:14 Digər növlər 829
Azərbaycanlı baş məşqçi İndoneziya klubu ilə anlaşdı

“Lokomotiv”in baş məşqçisi Ziya Rəcəbov karyerasını ölkə xaricində davam etdirəcək. Sportinfo.az xəbər verir ki, 37 yaşlı mütəxəssis İndoneziya komandası ilə danışıqları müsbət yekunlaşdırıb.

O, ölkəsinin liderlərindən olan “Cakarta” klubu anlaşıb və 1 mövsümlük müqaviləyə imza atıb. Əvvəlki illərdə amerikalı Loqan Tom, braziliyalı Olimpiya çempionu Marianne Şteynbreher, dominikanlı Betanya de La Kruz kimi ulduzların formasını geyindiyi paytaxt təmsilçisinin qarşısına yenə iddialı çıxış tələbi qoyulub.

Azərbaycan tarixində İndoneziyada ilk dəfə komanda çalışdıracaq Z. Rəcəbov “Cakarta”dakı işinə dekabrda başlayacaq. O, ölkə xaricinə getdiyi üçün “Lokomotiv”lə müqaviləsini qarşılıqlı razılıq əsasında pozub.

Azərbaycan millisinin aparıcı oyunçularından olmuş Rəcəbov daha öncə “Rabitə” və “Telekom” komandalarında çalışıb. O, Azərbaycan tarixində böyük uğur qazanmış klubla Çempionlar Liqasında və Superliqada dəfələrlə mükafatçılar sırasında düşüb.

Mütəxəssis ardınca “Azəryol”a baş məşqçi təyin olunub və debütdəcə “yolçəkənlər”i CEV kubokunda üçüncü edib. Yığmada da məşqçi kimi çalışmış Rəcəbov onlarla İslam Həmrəyliyi Oyunlarında ikinci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!