"Mən hiss edirəm ki…"

6 Noyabr 2019 09:51 Digər növlər 547
"Mən hiss edirəm ki…"

İsrailin Holon şəhərində keçirilən akrobatika gimnastikası üzrə Avropa çempionatında uğurla çıxış edən Azərbaycan millisinin üzvləri vətənə qayıdıb.

Sportinfo.az xxəbər verir ki, yığmanın akrobatika gimnastikası üzrə baş məşqçisi İradə Qurbanova yetirmələrinin nəticələrindən razı qalıb. O, komandamızın çempionata ciddi hazırlaşdığını bildirib:

“Gimnastlarımıza inamım böyük idi. Onların çempionatda mükafatçılar sırasında yer alacağına ümid edirdim. Ancaq bu qədər medal qazanacağımızı gözləmirdim. Əldə olunan uğura görə çox sevinirəm.

Doqquz medal qazanmaq imkanımız var idi ki, gimnastlarımız 5 dəfə fəxri kürsüdə yer aldılar. Qarşıda idmançılarımızı daha ciddi sınaqlar gözləyir. Belə ki, altı aydan sonra dünya çempionatı təşkil olunacaq.

Bütün diqqətimizi bu mötəbər yarışa yönəldəcəyik. Biz indi daha yaxşı formadayıq, mən hiss edirəm ki, inkişaf edirik. Ən ciddi rəqiblərimiz isə Rusiya, Ukrayna, Böyük Britaniya və Belçika idi.

Düzdür, digər kişi cütlüyümüzdən medal gözləyirdik, lakin onların 0,5 xalları çatmadı ki, bürünc medala sahib olsunlar. Halbuki 9 medal qazana bilərdik, təəssüf ki, 5-ni qazandıq. Buna baxmayaraq, bu, bizim üçün böyük uğurdur".

Digər Xəbərlər
Xəbər Lenti