Avropa çempionatında uğurla çıxış edən gimnastlar vətənə döndü

5 Noyabr 2019 23:23 Digər növlər 392
Avropa çempionatında uğurla çıxış edən gimnastlar vətənə döndü

İsrailin Holon şəhərində keçirilən akrobatika gimnastikası üzrə Avropa çempionatında uğurla çıxış edən Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar.

Sportinfo.az xəbər verir ki, gimnastları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının (AGF) nümayəndələri, yaxınları və jurnalistlər qarşılayıblar.

Gənclər yaş qrupunda mübarizə aparan Murad Rəfiyev və Daniel Abbasovdan ibarət cütlük temp hərəkətlərində bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu adına layiq görülüb.

Azərbaycan gimnastları qitə birinciliyində tam bir medal dəstini əldə ediblər. Belə ki, onlar balans hərəkətlərində bürünc, çoxnövçülükdə isə gümüş medal qazanıblar.

Böyüklərin yarışında çıxış edən Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan ibarət qarışıq cütlük temp və balans hərəkətlərində bürünc medala yiyələnib.

Digər Xəbərlər
Xəbər Lenti