"Mənim işimə qarışırsız" - Absaidov yığmadan niyə gedib?

4 Noyabr 2019 17:22 Digər növlər 787
"Mənim işimə qarışırsız" - Absaidov yığmadan niyə gedib?

Sərbəst güləş üzrə millli komandamızın sabiq baş məşqçisi Saypulla Absaidov sentyabrın 14-də Nur-Sultanda başlayan dünya çempionatından əvvəl düşərgəni tərk etməsinə aydınlıq gətirib.

Dağıstanlı mütəxəssis “Qafqazinfo”ya açıqlamasında Sportinfo.az-ın xəbərini təsdiqləyib: “Dünya çempionatından əvvəl ayağımdan zədə almışdım. Çox ciddi idi və mənim üçün millini hazırlaşdırmaq çətin oldu”.

Absaidov yığmada məşqçilərlə anlaşılmazlıq yaşadığını da bildirib: “Güləşçilərin məşq metodikası və hazırlığı ilə bağlı problemlər var idi. Ora getməməyim güləşçilərin çıxışına təsir etməməli idi. Hazırlığımızı əvvəlki ayda başa çatdırmışdıq”.

Təcrübəli çalışdırıcı maddi problemlərə görə millidən ayrılması ilə bağlı xəbərə də münasibət bildirib: “Maddi problem olmayıb. Mən də daxil olmaqla məşqçilər, idmançılar milli üçün pulsuz işləyərik.

Maddi problemlər olsa belə, bu, bizim üçün önəmli deyil. Məşqçi özü tələbəsinə bağlı olur və onlara görə məsuliyyət daşıyır. Puldan daha vacib şeylər var.

Sonda ölkə başçısı İlham Əliyevə təşəkkür edirəm ki, mənə “Şöhrət” ordeni verib. Azərbaycanda yaşayıb-işlədiyim və mənə şərait yaradıldığı üçün hər kəsə minnətdaram. Bakını və Azərbaycan xalqını sevirəm”.

Sportinfo.az-da olan məlumata görə, Azərbaycan Gənclər və İdman Nazirliyi Absaidovla AGF arasında yaranan problemlə bağlı araşdırma aparıb.

Nazirliyə bəli olub ki, AGF yığmada nizam-intizamın aşağı olmasını bir neçə dəfə dağıstanlı çalışdırıcıya irad tutub. O isə “mənim işimə qarışırsız“ deyərək, acıq edib gedib.

Digər Xəbərlər
Xəbər Lenti