Azərbaycan cüdoçusu Avropa çempionu adını qazandı

2 Noyabr 2019 23:30 Digər növlər 514
Azərbaycan cüdoçusu Avropa çempionu adını qazandı

Rusiyanın İjevsk şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa birinciliyi davam edir. Sportinfo.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin üzvü Rəşid Məmmədəliyev bütün rəqiblərinə qalib gələrək qitə çempionu olub.

73 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz bolqarıstanlı Rumen Radev, monteneqrolu Marko Quşiç, almaniyalı Şamil Zavbatırov və moldovalı Petru Pelivanı üstələyərək finalda rusiyalı Ayub Xajaliyevlə qarşılaşıb.

Rəşid Məmmədəliyev güclü rəqibi üzərində təmiz qələbə qazanaraq karyerasında ilk dəfə Avropa çempionu olub. İlk yarış günündə Nurlan Osmanov 66 kq çəkidə gümüş medala layiq görülüb. Avropa birinciliyinə noyabrın 3-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı