Baş məşqçi 30 min manatı bölüşdürməkdən imtina etdi, rəhbərlik geri çəkildi

30 Oktyabr 2023 11:20 Araz-Naxçıvan 3 677
Baş məşqçi 30 min manatı bölüşdürməkdən imtina etdi, rəhbərlik geri çəkildi

Premyer Liqanın ən sürpriz iştirakçısı olan «Araz-Naxçıvan»da gündəm dəyişib və gərginləşib.

Ard-arda gələn uğurlu nəticələr futbolçuların iştahını qabardıb.

Yüksək əməkhaqqı alan oyunçuların bir gözü mükafatdadır. Daha doğrusu, onun məbləğində.

Bu yöndə redaksiyamıza yeni məlumat daxil olub.

Komanda üzvlərinin saytımıza verdiyi məlumata görə, 10-cu turda «Qəbələ» üzərində əldə olunan 4:1 hesablı səfər qələbəsinə 30 min manat mükafat ayrılıb.

Rəhbərliyin təyin etdiyi məbləğ baş məşqçi Azər Bağırovu qane etməyib.

Futbolçuların növbəti dəfə narazılıq bildirəcəyini anlayan çalışdırıcı göstərilən vəsaiti kollektiv arasında bölüşdürməkdən imtina edib. Rəsmilər onun təkidi ilə mükafatın miqdarını daha 5000 manat artırıb.

Azər Bağırov bundan öncə də gözlənilməz addım atıb. Muxtar Respublika təmsilçisinin sükançısı mükafat almaqdan boyun qaçırıb.

O. futbolçuların narazılığına görə belə eləyib. Məsələ ondadır ki, klub rəhbərliyi Premyer Liqanın 9-cu turunda «Sabah»la səfər görüşündə 1:1 hesablı nəticəyə imza atan komandaya çox cüzi mükafat verib.

Masazırdan qələbəyə bərabər 1 xalla dönən oyunçuların hər birinə cəmi 400 manat ödənilib. Bu da onlarda haqlı narazılıq yaradıb.

Şikayətlərin artmasını görən A,Bağırov özünə, köməkçilərinə və texniki personala çatacaq məbləği kəsib, onu da futbolçular arasında bölüb, beləcə, rəqəmi 600 manata çatdırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”