İdman naziri: "Onların problemləri ilə maraqlandıq, müzakirə etdik"

6 Yanvar 2022 14:00 Digər növlər 451
İdman naziri: "Onların problemləri ilə maraqlandıq, müzakirə etdik"

"Nazir kimi fəaliyyətimin dördüncü ayı ötən ilin sonuna təsadüf edib".

Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov qurumun rəsmi saytındakı məqaləsində yazıb.

O, hesabat ayında ölkənin Şimal-Qərb və Dağlıq Şirvan bölgəsinə səfərlərində Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Şəki, İsmayıllı, Şamaxı, Qobustan Olimpiya kompleksləri və digər idman qurğularının fəaliyyətləri ilə tanış olduqlarını xatırladıb:

"Müxtəlif idman növləri üzrə bölmələrin məşq proseslərini izlədik, idmançılarla görüşdük, məşqçi-müəllimlərlə fikir mübadiləsi aparıb, onların problemləri ilə maraqlandıq.

Bu idman qurğularının potensialından, xüsusən də üzgüçülük hovuzlarından səmərəli istifadə imkanlarını müzakirə etdik".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!