İdman naziri: "Ciddi hazırlıq üçün az vaxt qalır, gələcəyə ünvanlanan addımlar atmalıyıq "

4 Yanvar 2022 14:20 Digər növlər 816
İdman naziri: "Ciddi hazırlıq üçün az vaxt qalır, gələcəyə ünvanlanan addımlar atmalıyıq "

"Ciddi hazırlıq üçün az vaxt qalır".

Sportinfo.az xəbər verir ki, bu fikirləri gənclər və idman naziri Fərid Qayıbov səsləndirib.

Onun sözlərinə görə, 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək növbəti Yay Olimpiya Oyunlarına qalan vaxtda geri sayım başlayıb:

"Taekvondo, velosiped, voleybol federasiyalarında oldum, onların rəhbərliyi və idmançılarla görüşdüm. Bu görüşlər tanışlıqla yanaşı, həm də daha dərin məzmun daşıyır.

Mütəxəssislərlə birgə çətin sualların cavablarını araşdırmaqla, zəif tərəfləri müəyyən edib, güclü tərəfləri önə çıxarıb dəstəkləməklə davamlı nəticələrə hədəflənmişik".

Nazir görüləcək işlərin çox olduğunu vurğulayıb:

"Effektivliyi təmin etmək üçün nəticəyə əsaslanan, bütün qüvvələrdən səmərəli istifadə edən, gələcəyə ünvanlanan addımlar atmalıyıq ".

Digər Xəbərlər
Xəbər Lenti