"Azərbaycanın regionlarında bunun inkişaf etdirilməsi üçün səy göstərəcəm"

2 Yanvar 2022 00:50 Digər növlər 534
"Azərbaycanın regionlarında bunun inkişaf etdirilməsi üçün səy göstərəcəm"

"Ölkəmizdə badmintonun təkcə kişilər arasında deyil, qadınlar arasında da inkişaf etdirilməsinə çalışacağıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Badminton Federasiyasının prezidenti seçilən Taleh Ziyadov deyib.

Əsas hədəfin ölkəmizdə badmintonun inkişafı, idmanın bu növü üzrə yeni nailiyyətlərin qazanılması və qarşıdakı yarışlarda, o cümlədən Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmək olduğunu vurğulayan T.Ziyadov bildirib:

“Gənclər və yeniyetmələr idmanın bu növü ilə geniş məşğul olmalıdırlar. Bildiyiniz kimi, Azərbaycan “Tokio-2020” Yay Olimpiya Oyunlarında təmsil olunub.

Mən uşaqlıqdan - 11 yaşımdan badmintonla peşəkar şəkildə məşğul olmuşam. Azərbaycanın regionlarında idmanın bu növünün inkişaf etdirilməsi üçün səy göstərəcəyəm”.

T.Ziyadov azərbaycanlı badmintonçuların qarşıdakı Olimpiya Oyunlarına qatılacaqlarına ümidvar olduğunu qeyd edərək deyib:

“Olimpiadaya hazırlıq üçün uşaqları 11-12 yaşından yetişdirmək lazımdır. Məşq proseslərini dünya standartlarına uyğunlaşdırmaq və istedadlı gəncləri seçmək lazımdır.

Qarşıdakı illərdə azərbaycanlı idmançıların beynəlxalq yarışlarda iştirak etdiklərini görəcəksiniz.

2028-ci il Los-Anceles Olimpiadasında yerli idmançı görə bilərik. Badmintonu uşaqlar, xüsusilə qızlar arasında təbliğ etmək lazımdır”.

Digər Xəbərlər
Xəbər Lenti