"Sıfırdan maddi-texniki baza yarada bilərik - Regionlarda və Bakıda işlər görüləcək"

28 Dekabr 2021 09:20 Digər növlər 689
"Sıfırdan maddi-texniki baza yarada bilərik - Regionlarda və Bakıda işlər görüləcək"

"Bu iclasda keçən dövrdəki hesabat təqdim olundu və yığıncağın üzvləri yenidən mənə etimad göstərdilər".

Sportinfo.az xəbər verir ki, bunu növbəti dəfə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilən Şahin Mustafayev hesabat-seçki konfransından sonra təşkil olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, iclasda qarşıdakı vəzifələr haqqında söhbət aparılıb:

"Stolüstü tennisin ölkəmizdə ənənələri var. Prezident İlham Əliyev idman sahəsinə böyük diqqətlə yanaşır. Bu idman növü ölkəmizdə inkişaf edir.

Stolüstü tennisə marağı artırmaq istəyirik. Cəmiyyətdə yaşından asılı olmayaq hamı bu idman növü ilə maraqlanır. Veteranlar arasında yarış keçirdik. Hətta orada 75 yaşlı insan da var idi".

Mustafayev regionlarda bu idman növünə marağı daha da artırmaq istədiklərini söyləyib:

"Bütün idman məktəblərində tennis bölməsinin yarardılmasını istəyirik. Bu işlərdə bizə dəstək olan nazir Fərid Qayıbova təşəkkür edirəm.

Bütün məktəblərdə tennis idman növü ilə məşğuliyyətin daha da artmasını istəyirik. Regionlarda və Bakı şəhərində bu idman növünün təşviqi üçün işlər görüləcək".

Federasiya prezidentinin sözlərinə görə, ölkədə stolüstü tennisin inkişafı üçün hər cür şarait var:

"Bu idman növünü daha yüksək səviyyəyə qaldırmaq istəyirik. Sıfırdan maddi-texniki baza da yarada bilərik. Hansısa idman obyekti də ola bilər.

Variantlar müxtəlifdir. Bu, çox maliyyə tələb edən idman növü deyil. Stolüstü tennisin daha geniş yayılması üçüb tədbirlər görəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti