"Burada yeni sponsorlar da olacaq - Problemləri həll edəcəyik"

22 Dekabr 2021 02:20 Digər növlər 701
"Burada yeni sponsorlar da olacaq - Problemləri həll edəcəyik"

"Yeni prezident kimi demək istəyirəm ki, işlərimizi əvvəlki nailiyyətlərinin üzərində quracağıq. Düzdür, işimiz çətin olacaq".

bunu Azərbaycan Triatlon Federasiyasının yeni prezidenti Elçin Əliyev qurumun hesabat-seçki konfransından sonra keçirilən mətbuat konfransında deyib.

O, yaxşı işlər görəcəklərinə inandıqlarını bildirib:

"Azər Məhərrəməv triatlonu elə səviyyəyə qaldırdı ki, onu ötmək çətin olacaq. Gənclər artıq triatlona maraq göstərir. İşlərimizi bu istiqamətdə quracağıq. Yeni seçilənlər triatlon ailəsinin üzvləridir. İnanıram ki, yaxşı işlər görəcəklər".

Əliyevin sözlərinə görə, triatlon maliyyə tələb edən idman növüdür: "Çünki özündə 3 idman növünü birləşdirir. Amma gənclər triatlona o qədər böyük həvəs göstərirlər ki, bu yarışları keçirmək imkanı olacaq.

Burada yaş məhdudiyyəti də yoxdur: 15 yaşdan 90 yaşadək məşğul olmaq mümkündür. Təbii ki, burada yeni sponsorlar da olacaq. Düşünürəm ki, biz problemləri həll edəcəyik".

Yeni federasiya prezidenti Azərbaycanda 6 yarış keçirməyi planlaşdırdıqlarını vurğulayıb:

"Dəmir insan" brendində bir neçə yarışlar təşkil etmək istəyirik. Yarışın şüarı "Üz, sür, qaç" olacaq. Bununla da Azərbaycanda iradəsi güclü insanlar yetişəcək".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!