"Qəbələ"li dünya çempionatında gümüş medal qazandı

22 Dekabr 2021 01:30 Digər növlər 465
"Qəbələ"li dünya çempionatında gümüş medal qazandı

“Qəbələ” İdman Klubunun təmsilçisi Sənan Şükürov növbəti uğuruna imza atıb.

Sportinfo.az xəbər verir ki, İdmançı Rusiyanın paytaxtı Moskvada keçirilən stroqman üzrə WRPF dünya çempionatında fərqlənib.

Şükürov 90 kq çəki dərəcəsində qüvvəsini sınayıb. O, 26 iştirakçının mübarizəsində ikinci yeri tutub. Təmsilçimiz bununla da dünya çempionatının gümüş medalını qazanıb.

Çempionatda ümumilikdə 38 ölkədən olan idmançılar çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti