Fərid Qayıbov daha bir federasiyanın fəaliyyətini yoxladı - VİDEO

26 Oktyabr 2021 01:10 Digər növlər 510
Fərid Qayıbov daha bir federasiyanın fəaliyyətini yoxladı - VİDEO

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Taekvondo Federasiyasının fəaliyyəti ilə tanış olub.

Sportinfo.az xəbər verir ki, milli komanda üzvləri ilə görüşən F.Qayıbov onların məşq proseslərini izləyib, federasiyada yaradılmış şəraitlə maraqlanıb.

Federasiyasının icraçı vitse-prezidenti Nağı Səfərov nazirə qurumun fəaliyyəti, yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər və gələcək planlar barədə məlumat verib.

Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!