Azərbaycanlı “Mauqli” zərbə vurdu, o, təslim oldu - VİDEO

5 Oktyabr 2021 18:00 Digər növlər 1 043
Azərbaycanlı “Mauqli” zərbə vurdu, o, təslim oldu - VİDEO

Azərbaycanlı kikboksçu, K1 döyüşçüsü Zabit Səmədov MMA turniri olan ACA-130-da qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı “Mauqli” oktaqonda K1 qaydaları ilə keçirilən döyüşdə Konqo əsilli Nayf Didye ilə qarşılaşıb.

O, rəqibinə ikinci raundda texniki nokautla qalib gəlib. Belə ki, Zabitin vurduğu “lou kik” zərbəsindən sonra rəqib idmançı sol ayağından ciddi zədə aldığını əsas gətirərək döyüşü davam etdirə bilməyib.

Qroznıda keçirilən döyüşü Çeçenistanın Prezidenti Ramzan Kadırov da izləyib.

Zabit Səmədov bu görüşdə qalib gəlməklə karyerasında 103-cü qələbəsini qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti