Azərbaycanda Federasiya Kuboku başladı - FOTOLAR

10 Sentyabr 2021 23:00 Digər növlər 708
Azərbaycanda Federasiya Kuboku başladı - FOTOLAR

Sentyabrın 10-da Azərbaycan Yelkənli İdman Federasiyasının təşkilatçılığı ilə “SFA Federasiyası Kuboku 2021” adlı yelkənli qayıqların yarışı başlayıb.

Sportinfo.az xəbər verir ki, turnirin ilk günündə açıq dənizə çıxan yelkənçilər "Optimist”, "Ilca-4.”, "Ilca-7”, "Open Windsurf” sinifləri üzrə yarışıblar.

2 yelkənçinin iştirak etdiyi yarışa Yelkənli İdman Federasiyasının idman meneceri Burcu Algon Giorgian başçılıq edib. 3 gün davam edəcək yarışlarda iştirakçı sayında məhdudiyyət olmayacaq.

Kubokun mükafatlandırılma mərasimi sentyabrın 12-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti