"Bu, dünənə qədər mənim üçün yuxu kimi idi" - FOTOLAR

26 Avqust 2021 14:20 Digər növlər 605
"Bu, dünənə qədər mənim üçün yuxu kimi idi" - FOTOLAR

Azərbaycan Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb.

Bu barədə Sportinfo.az Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.

Pauerliftiq idman növü üzrə milli komandanın üzvü Pərvin Məmmədov (49 kq) 156 kq ağırlıq qaldıraraq, yarışın bürünc medalını qazanıb.

"Sevincimin həddi-hüdudu yoxdur. Bu, dünənə qədər mənim üçün yuxu kimi idi. Çox sevinirəm ki, Tokioda bayrağımızı ucalda bildim.

Məşqçimizlə əziyyət çox əziyyət çəkdik. Şükür Allaha, əziyyətimiz yerdə qalmadı", - deyə Pərvin Məmmədov bildirib.

Digər Xəbərlər
Xəbər Lenti