Azərbaycan komandasının ilk heyəti atletlər kəndinə daxil oldu

20 Avqust 2021 23:40 Digər növlər 428
Azərbaycan komandasının ilk heyəti atletlər kəndinə daxil oldu

Azərbaycanın paralimpiya komandasının ilk heyəti Yay Paralimpiya Oyunları üçün Tokiodakı atletlər kəndinə daxil olub.

Milli Paralimpiya Komitəsindən Sportinfo.az-a verilən məlumata görə, Yaponiyanın Şika şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edən üzgüçülük üzrə yığma komanda paytaxta çatıb.

Bu idman növündə ölkəni Vəli İsrafilov, Danna Şandıbina və Saleh Raman təmsil edəcək.

Paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək. Azərbaycanın 36 idmançısı 9 idman növündə, 47 proqramda mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"