“Xəstəxanadan çıxanda telefonda onun problemlə qarşılaşdığını gördüm, təzyiqim düzəldi”

7 İyun 2021 23:00 Digər növlər 629
“Xəstəxanadan çıxanda telefonda onun problemlə qarşılaşdığını gördüm, təzyiqim düzəldi”

"Tibb mərkəzində çarpayıda uzanmışdım. Həkkimlər qan təzyiqimi ölçdülər.

Sonra isə telefonum güclü titrəməyə başladı. Öz-özümə düşündüm ki, görəsən, nə baş verib".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Formula 1" üzrə Azərbaycan Qran-prisində törətdiyi qəzanın ardından yaşananları anlatan "Red Bull" pilotu Maks Ferstappen deyib.

Niderlandlı sürücü bildirib ki, "Mercedes" pilotu Lüis Hemiltonun ilk döngədə problemlə üzləşdiyini biləndən sonra əhvalı düzəlib:

"Əvvəlcə maşın səsi eşitdim. Xəstəxanadan çıxdıqda isə mobil telefonumda Lüisin problemlə qarşılaşdığını gördüm. Ondan sonra təzyiqim normala qayıtdı".

Yarışın gedişində Maks Ferstappenin bolidi qoruyucu səddə çırpılıb. Nəticədə maşının arxa təkəri partlayıb. O, lider olduğu yarışa davam edə bilməyib və qırmızı

bayraq qaldırılıb. Bu səbəbdən, Qran-pridə fasilə yaranıb. Yarış davam etdirildikdən sonra onun komanda yoldaşı Serxio Peres qalib adını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti